Özünə qəsd haqda maraqli fakt

1. İnsanlar öz həyatlarına müxtəlif cür son qoyurlar: Zəhərli hörümçəkləri udaraq, başlarında deşik açaraq, alt paltarları ilə özlərini boğaraq, pivə çənlərinə baş vurub boğularaq..

2. Çində hər iki dəqiqədən bir özünəqəsd hadisəsi baş verir. Belə ki, Çində il ərzində 250 000-300 000 özünəqəsd hadisəsi qeydə alınır.

3. Bir çox məhşur insanlar özlərinə qəsd edərək həyatlarına öz əlləri ilə son qoyublar: Zigmund Fraid, Kleopatra, Mark Antony, İuda İskariot, Hannibal, Neron, Virginia Wolf, Adolf Hitler, Ernest Heminguey, Vinsent Van Qoq, Jack London, Jude Garland, Ponty Pilat, Socrat, Çaykovski, Elvis Presly, Kurt Kobain və Merlin Monro.

Ardı →

Xoşbəxtlik pulda imiş...

Xalq arasında belə bir deyim var: «Xoşbəxtlik pulda deyil». Bu fikri Kornel Universitetinin (ABŞ) mütəxəssisləri elmi üsullarla yoxlamaq qərarına gəliblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər məlumat verir. Araşdırmalar göstərib ki, xoşbəxtlik və pul arasında seçim edən insanların əksəriyyəti pulu üstün tutub.


Ardı →

Üç dilli qadın

32 saylı Çin sakini Çonqe Xuyan Si yaxın vaxtlarda 20 ildə ilk dəfə normal yemək yeyə bilib. Sən demə, biçarə qadının 3 diliu var imiş.Ən qəribəsi budur ki, anadan olarkən onun bir dili olub, aradan bir neçə il keçdikdən sonra isə onun daha iki dili çıxmağa başlayıb. Onu bu iyirmi ildə üç dillə yaşamağa nəyin məcbur etdiyini söyləmək çətindir. Ancaq axır ki, Çonqe uzun illərin əzabından qurtarıb, cərrahiyyə əməliyyatı ilə öz əlavə dillərinə əlvida deyib.

Mənbə: İlğım qəzeti.
Davamı →

"Allah" sözü başdan başa möcüzədir !

İordaniyanın Yərmuk Universitetinin ispaniyalı tələbəsi apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.
Sözügedən universitetin Ərəb dili və Ədəbiyyatı fakültəsinin ispaniyalı tələbəsi Elen «Allah» sözünü fonetik təhlil etdiyi zaman maraqlı faktla qarşılaşıb. Apardığı təhlildən sonra o, «Allah» sözünün bir möcüzə olduğunu bildirib.


Ardı →

Müəmmalı siqnallar

Keçən ilin yayında Amerika hərbi bazası öz peyki vasitəsilə orbitdə deşifrələşdirilə bilməyən qəribə siqnallar kəşf etmişdir. Veriliş dəqiq vaxtla ayda bir dəfə qeydiyyata alınmamış dalğada aparılmışdır. Heç bir kod bu siqnallara uyğun gəlməmişdir, onlar, əslində, əvvəllər məlum olan heç bir koda oxşamamışdır. Deşifrələşdirmə mümkün olmadığı üçün amerikalı hərbiçilər rus hərbiçilərinə sorğu göndərmək qərarına gəlmişlər. Siqnal Şimal Buzlu okeanındakı adalar rayonundan gəlirdi. Lakin rus hərbiçilərinin bu siqnallarla heç bir əlaqəsi olmamışdır.
Payızda Şimal Buzlu okeanının sularına batiskaf buraxılan zaman rusiyalı tədqiqatçılar daha bir məxfi tapşırıq almışlar: qəribə siqnalların mənbəyi haqqında mümkün olanları öyrənmək.
Davamı →

QUR'ANİ-KƏRİM və BOTANİKA

«Nə ucadır o ALLAH ki, torpağın bitirdiklərindən, özlərindən (insanlardan) və hələ bilmədikləri neçə şeylərdən olan bütün cütləri O yaratmışdır.» (Yasin,36)


Bu ayədə bütün varlıqların cüt-cüt yaradıldıqlarını ortaya qoymaqdadır. Bunların bir qismi indiyə qədər bilinmiş, təsbit olunmuşdur; fəqət bilinməyən bir çoxunun da mövcudluğunu xəbər verməkdədir… Necə ki, günümüzdə, istər canlı, istər cansız aləmlərdə bir yandan son dərəcə böyük (makro), o bir yandan son dərərəcə kiçik (mikro) sistemlərdə, ikili sistemlərin və ya ikili funksiyaların fərqinə varılmışdır..Xülasə, Qur'anın bildirdiyi gerçəklərlə günümüzün elmi gerçəkləri arasında heç bir uyuşmazlıq müşahidə edilməmişdir… Xülasə, Canabi-Haqq təkliyi yalnız Özünə layiq qıldığı üçün cəmadat (cansızlar), nəbatat, heyvanat, cin və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir… Məsəslən, müsbət elektirk mənfi elektrikə axar və işıq yanar… Müsbət bulud mənfi buluda axar və nəticə yağış yağar… Bu sünnətullah ilahi qanun bütün yaradılmışlara şamildir.


Ayə bitkilərin də cüt-cüt yaradıldıqlarını da bildirir: «ALLAH hər meyvədən yenə özlərinin içində ikişər cüt yaratmışdı.r» (əl-Ra'd,3) Bütün bitkilərin çiçəklərində erkək və dişi cütü bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr meydana gəlməkdədir… Yalnız bu döllənmə və mayalaşma külək vasitəsi ilə yerinə yetirlir. Hələ günümüzdə təzə çatdığımız bu həqiqi Qur'ani-Kərim 14 əsr öncə xəbər vermişdir:«Bir rüzgarları aşılayıcı (mayalandırıcı) olaraq göndərdik.» (əl-Hicr,22)


Davamı →

Maraqlı hadisələr

Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür.
***

Ardı →

Ən şanslı insan

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.
Tam 7 fəlakətdən xilas oldu
1962:
Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.
Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.
Ardı →